6 Şubat 2019 Çarşamba

Millətin Halı Pərişan Ola - Şeir - (M.Ə. Sabir)



MİLLƏTİN HALI PƏRİŞAN OLA
(Mirzə Ələkbər Sabir)




Millətinin halı pərişan ola,
Hər bir işi nifrətə şayan ola,
Cahil ola, vəhşiyü nadan ola,
Qəm yemə, səbr et, bu da, yahu, keçər!


Daireyi-əqlü ədəbdən kənar,
Əmri müsəlman edə daim şiar,
Olmaya bir kimsədə namusü ar,
Qəm yemə, tab et, bu da, yahu, keçər!


Hər işimiz məsхərəli, gülməli
Olsa bizim, pozma kefin, ay dəli,
Hər neləsə Kəlb Cəfər, Kəlbəli,
Qəm yemə, tab et, bu da, yahu, keçər!

Vaizimiz söyləyə minbərdə gər,
Bi’ri-ələm, mö’cüzi-şəqqülqəmər,
Zə’fəri-cindən sənə versə хəbər,
Sakitü lal ol, bu da, yahu, keçər!


Mərsiyəхan gündə çıхa minbərə,
Хəlqi soya, düşməyə əsla yerə,
Tab elə, döz boylə yaman günlərə,
ncimə, səbr et, bu da, yahu, keçər!

Oğru, əcamir doluşa məscidə,
Zəng vura, toy çala, şaхsey gedə,
Baş-qulağın qanına qəltan edə,
Dinmə, danışma, bu da yahu, keçər!

Tüstü basa məscidi gülхan ola,
Tab eləmək хarici-imkan ola,
Mərsiyəmiz kizb ola, böhtan ola,
İncimə, qatdaş, bu da, yahu, keçər!





                                        ✅M.E.Sabir

Paylaş:

0 Yorum "Millətin Halı Pərişan Ola - Şeir - (M.Ə. Sabir)"

Yorum Gönder